Üç saatlıq qapalı görüşün detalları – “Putin Paşinyanı bütün güzəştlərə razı saldı”
11:25 / 08.04.2021
1755
"Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar
seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər
olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli,
Paşinyan Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə
gedib”.
Bunu Sfera.az-a açıqlamasında politoloq
Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti
Vladimir Putinin dünənki görüşündən danışarkən deyib. O bildirib ki, Putinin
Paşinyanı Moskvaya çağırmaqda əsas səbəb heç də iki ölkə arasında mal dövriyyəsinin
artırılması yollarını müzakirə etmək deyildi:
"Putin daha ciddi məsələləri gündəliyə
qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl
Paşinyandan " İskəndər” raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya
Hərbi Sənaye Kompleksinə vurduğu ziyan haqqında izahat istəyib və bu ləkənin təmizlənməsi
üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb edib. Bu addımların da
Rusiyadan yeni hərbi texnika alınmasından ibarət olacağı heç kimdə şübhə
yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı
Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək”.
Politoloqun fikrincə, görüşdə Putin Dağlıq
Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də
Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə
tutmurdu:
"Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda
nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu, Rusiya üçün
Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində ikinci nəfəs səciyyəsi
daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni
kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq
olunan sanksiyaların təsirinin azaldılmasında
əhəmiyyətli rol oynayacaq. Heç şübhəsiz, Putin Paşinyandan Ermənistan iqtisadiyyatına
Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib.
Müsahibimizin sözlərinə görə, Paşinyan Putinlə
Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti ətrafında bəzi məsələləri
müzakirə etmək istədiyini bildirib:
Günay Rəsulqızı