3 000 müəllim təkrar imtahan verəcək

3 000 müəllim təkrar imtahan verəcək
"Test tapşırıqlarının çətinlik dərəcəsindən narazı qalan 3000 nəfərə yaxın müəllim olmaq istəyən namizəd təkrar imtahanda iştirak üçün müraciət edib”.

Sfera.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, hazırda 35 min nəfərə yaxın müəllim olmaq istəyən namizəd müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edib.

Qeyd edək ki, iyulun 12-də keçirilən ibtidai sinif, 23 və 26 iyulda keçirilən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilən seanslarda istifadə edilən test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Universitetlərdə dərslər bu qədər davam edəcək - RƏSMİ

Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib. Sfera.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas tə...

Tələbələrin nəzərinə: QEYDİYYAT BAŞA ÇATIR

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. Təhsil Nazirliyindən Sfera.az-a verilən məl...

Məktəblərdə yoluxmanın artmaması üçün... - İnfeksionist

Məktəblərdə yoluxmaların artmaması üçün ciddi nəzarət həyata keçirilməlidir. Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar E...

Distant təhsil tələbi LƏĞV EDİLDİ

Azərbaycanda distant təhsil tələbi ləğv olunub və əyani təhsilə keçid müəyən edilib. Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin re...

Azad olunan ərazilərdə xidmət edənlərin övladları harada təhsil alacaq? - RƏSMİ

"Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etd...

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycan elminə ağır itki üz verib. Sfera.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Müasir geod...