Şənbə gününün hava proqnozu AÇIQLANDI

Şənbə gününün hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - VİDEO

Xəbər veridiyimiz kimi ötən gündən etibarən sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz həkətlərini əks etdirən video görüntülər yay...

Gömrük Komitəsinin “görmədiyi” məhsullar - VİDEO

Paytaxtda yerləşən İran mağazalarında bəzi məhsulların üzərində son istifadə tarixi fars əlifbası ilə verilir. Bundan başqa, tarix hicri təqvimi ilə olduğuna gö...

Azərbaycanlı İngiltərədə cinsi zorakılıq ittihamı ilə həbs olundu

Jurnalist olduğunu iddia edən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov Böyük Britaniyada seksual qısnama ittihamı ilə mühakimə olunub. Sfera.az "Dail...

Polis münəccimlik etməlidir? - DİN rəsmisi

"Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə patı var, patı satırlar. Polis münəccimlik etməlidir?" Sfera.az xəbər verir ki, bu barədə Dax...

"Parkovşik"in yığdığı pul kimin cibinə gedir? - VİDEO

Bir neçə gündür polis sürücülərdən parklanmaya görə pul tələb edən şəxslərə qarşı reyd keçirir. Sirr deyil ki, Bakı küçələrində hər gün minlərlə sürücü avtomobi...

Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - SİYAHI

Azərbaycanda hansı şəxslərə dərmanların pulsuz verildiyi açıqlanıb. Sfera.azxəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Respubli...