Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-2° isti olacaq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər

"Azərbaycan Türkiyənin "Hürkuş” (TUSAŞ şirkətinin istehsalı-red) təlim təyyarəsi ilə maraqlanır” Sfera.az  "Hürriyet”ə istinadən xəbər verir ki, bunu...

Gün ərzində peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 339 vaksin vurulub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operati...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 394 yeni yoluxma faktı qeydə alınıb, 1 791 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında O...

İntihar edən polis rəisinin yerinə TƏYİNAT

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-p...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrom...

Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA - VİDEO

2022-ci ilin dövlət büdcəsində sosial sahəyə diqqət böyükdür. Əvvəllər sosial sahəyə dövlət büdcəsinin 35 faizi ayrılırdısa, 2022-ci ildə bu rəqəm 47 faiz təşki...