Azərbaycan nefti ucuzlaşır
13:19 / 14.10.2021
652
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 84,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.
Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 84,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.