"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qadına əxlaqsız təklif, döyüb... - HADİSƏ ANI

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qadını döyüb pulunu və qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Sfera.az-a veri...

"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi is...

“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıdı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasi...

“Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının da maşınına həbs qoyuldu - VİDEO

"Şaurma N1” restoranlar şəbəkəsinin şəriki, bir müddət öncə "12-ci İmam” kimi təqdim edilərək vətəndaşlara qarşı dələduzluq etdiyi iddiası ilə həbs olunan sahib...

Bakıda vəhşilik: Keçmiş həyat yoldaşını övladının gözü önündə vəhşicəsinə öldürdü - FOTOLAR/VİDEO

Keçmiş həyat yoldaşını övladının gözü önündə öldürən şəxs Xosrov Məmmədova 17 il həbs cəzası verilib. Sfera.az  xəbər verir ki, 2018-ci il oktyabrın ...

Qardaş bacısını öldürdü - Bakıdakı cinayətin təfərrüatları - FOTOLAR/VİDEO

Bakının Nəsimi rayonunda xüsusi amansızlıqla qətl hadisəsi törədilib. Sfera.az xəbər verir ki, 2020-ci il fevralın 6-da Hüseynbala Əliyev küçəsindəki 12 s...