Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
21:15 / 30.07.2021
1981
Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.
Meyit Füzulidə aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 620-yə çatıb.