İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Sfera.az xəbər verir ki, başsağlığında deyilir:
 
"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyanın hərbi gəmilərini Bakıya gətirən SƏBƏB - İran susur, Türkiyə isə...

"Türkiyə və Azərbaycanın Xəzərdə hərbi təlimlər keçməsindən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Bakıya gəlməsini xoşniyyətili və yaxud təsadüfi məsələ kimi qi...

Azərbaycanla Ermənistan “gizli sülh müqaviləsi” imzalayıb? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

Ermənistanda nəşr edilən "Hraparak” ("Meydan”) qəzeti Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan "gizli sülh danışıqları”nın yekunlaşdı...

Paşinyan İran prezidenti ilə nələri müzakirə edib? – “Danışılası çox mövzuları var”

"İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı iştirakçılarının növbəti tədbi...

Kremldə sülh müqaviləsinə hazırlıq görülür? – “Karapetyan Moskvadadır, Azərbaycandan isə...”

"Ermənistan mediası Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyan...

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial...

İran 211 miyon dolları Azərbaycan vasitəsilə Ermənistana necə ötürüb? – Təxribatın ilginc sxemi

"Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyalardan daha az zərərlə çıxmaq üçün istifadə etdiyi platformanı itirdi. İşğal dövründə ...