No Image
No Image

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
"Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır”.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yayılan məlumatda yer alıb.

"Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyulun 19-u saat 17:00-da, 20:50-də və 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - "Ermənistanda dediklərini Azərbaycanda desə..."

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun Ermənistandan sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır.   Fransa ilə Azərbaycan arasınd...

Genarallar yeni vəzifəyə təyin edildi - Müdafiə Nazirliyində yeni kadr təyinatları

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərənca...

Prezident bu ölkələrə yeni səfirlər TƏYİN ETDİ

  İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Sfera.az-ın məlumatına görə, Prezid...

Mikayıl Cabbarov: "Azərbaycanla Rusiya arasında yeni müqavilələr imzalana bilər"

"Bu gün Rusiyanın işgüzar missiyası Azərbaycanda rəsmi səfərdədir. İşgüzar missiyaya Rusiyanın iqtisadi inkişaf nazirinin müavini rəhbərlik edir. Missiyanın tər...

Paşinyan Putinə niyə zəng edib? - "Nəticəsi fiaskoya uğramaqdır..."

Xəbər verdiyimiz kimi Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu zəng zamanı hansı məsələlərin müzakirə ed...

"Ermənilər Kəlbəcər və Laçın rayonlarının da mina xəritələrini Azərbaycana təhvil verəcək" - Politoloq

"Həyata keçirilən bu prosesin tam detalları 30-40 ildən sonra məlum olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında növbəti mərhələdə daha hansı rayonların m...