Açıq havada maska taxmamaq məsələsi yenidən gündəmdə - Elm adamları nə deyir?
20:14 / 11.05.2021
3112
Elm adamları açıq havada maskanın taxılıb-taxılmaması istiqamətində müzakirə aparıb.
Sfera.az bildirir ki, bu barədə Britaniya Tibb Jurnalında (BMJ) qeydlər
olub.
Açıq havada maska taxmaq faydalıdır deyən elm adamları: Babak Javid,
Dirk Bassler, Manuel B Bryant
Adıçəkilən şəxslər maskanın bəzi zamanlarda açıq havada taxılmasının tərəfdarıdırlar:
"Hər şeydən əvvəl açıq məkanlarda yoluxma riski yüksək deyil. Həmçinin
açıq havada hər zaman maska istifadə etməyin tərəfdarı da deyilik. Bir insan təkdirsə
və ya eyni evdə yaşadığı biri ilədirsə, o zaman açıq havada maska taxmasına
ehtiyac yoxdur. Qapalı məkanlarda
yoluxma riskinin daha çox olduğunu düşünürük. Koronavirus yoluxma riski
havadakı viruslu hissəciklərin miqdarından asılıdır”.
Açıq havada COVİD-19-un yayılma nümunələri varmı?
Elm adamlarının fikrincə, kənd təsərrüfatı işçiləri kimi bəzi açıq işlərdə
çalışan insanların Covid-19-a yoluxmaq riski yüksəkdir. Lakin bu ehtimal açıq
havada birlikdə çalışmaqdan çox, qapalı, dar məkanda qalmaqlarından daha çox
qaynaqlanır. Bu baxımdan virus qapalı məkanlarda sürətlə yayılır. Bunun səbəblərindən
biri də sosial məsafəyə diqqət edilməməsi və çoxluq olan yerdə maskanın taxılmamasıdır.
Babak Javid, Dirk Bassler və Manuel B Bryant düşünür ki, uzun müddət sosial məsafəni
qorumağın çətin olduğu yerlərdə - xüsusilə də açıq havada keçirilən idman tədbirlərində
maska taxmaq mütləqdir.
Açıq havada maskaya ehtiyac olmadığını deyən elm adamları: Müge Çevik,
Zeynep Tüfekçi, Stefan Baral
Adıçəkilən elm adamlarının sözlərinə görə, koronavirusun açıq havada
yoluxma riski aşağıdır və COVİD-19-a insanların az hissəsi açıq məkanda
yoluxub:
"Açıq havada təbii hava hərəkəti olduğuna görə, virus sıxlığı da
azdır, ona görə yoluxma riski də aşağıdır. Maskaların açıq havada müntəzəm
istifadəsi ictimaiyyətin diqqətini
riskin olduğu qapalı yerlərdə görüləcək tədbirlərdən yayındıra və nisbi risk
yanaşmasını təhrif edə bilər. Buna görə də insanlara daha çox qapalı yerlərdə
diqqətli olmaqları tövsiyə edilməli və çöldə uzun müddət yaxın məsafədə olmağın
riskləri aşılanmalıdır”.
Türkan
Sfera.az