No Image
No Image

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında aprelin 9-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Metro ilə bağlı AÇIQLAMA: Səhər 07:00-dan 10:00-dək və axşam...

"Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır...

Bu şəxslərə kompensasiya ödəniləcək - DƏYİŞİKLİK

Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək. Sfera.az-ın xə...

Prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir. Sfera.az-ın xəbərinə görə, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqınd...

“24 saat ərzində 105 kilometr ərazini azad etdik” - DSX-nin polkovniki

Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusu kimi, biz sərhədçilər də Sizin hücum əmrinizi gözləyirdik. Düşm...

Nazir onu Kürdəmir üzrə yeni nümayəndə təyin etdi

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə və...

Nura Suri “189” taksi şirkətindən şikayətləndi: "Sürücülərin bəziləri tərbiyəsizdir"

Müğənni Nura Suri "189” taksi şirkətinin fəaliyyətindən şikayətlənib. Sfera.az-ın xəbərinə görə, müğənni şirkətin xidmətinin yararsız olduğunu bildirib. ...