“Qalatasaray”dan yeni transfer

“Qalatasaray”dan yeni transfer
"Qalatasaray” gələn mövsüm üçün transfer reallaşdırıb.

Sfera.az  "Daily Express” nəşrinə istinadla xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Nyukasl”dan ayrılacaq Deandre Yedlinlə anlaşıb. ABŞ millisinin üzvü "sarı-qırmızılar”a azad agent statusu ilə keçəcək.
 
Yedlin 2016-cı ildə 5,9 milyon avroya "Tottenhem”dən "Nyukasl”a keçib. 28 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm keçirdiyi 10 oyunda 1 məhsuldar ötürmə edib.

OXŞAR XƏBƏRLƏR