Koronavirus xəstələrində ola biləcək daha bir problem

Koronavirus xəstələrində ola biləcək daha bir problem
Koronavirus pandemiyası başlayandan bəri həkimlər xəstələrdə həyəcanverici simptomlar görməyə davam edir. Bu əlamətlər əsasən zehni pozğunluqlar və demans hallarının artması ilə əlaqədardır.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Pskov regional yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Anastasiya Povtoreyko danışıb.

Həkimin sözlərinə görə, pandemiyanın başlanğıcından COVID-19 xəstələrində davranış reaksiyalarında ciddi dəyişikliklər qeydə alınıb: "Xüsusilə demans hallarının ikiqat artması ciddi narahatlıq doğurur. Həkimlər əvvəlcə bunu cəmiyyətdə bilinməyən bir xəstəlik qorxusunun artması ilə əlaqələndirdilər. Lakin sonradan Oksford Universitetinin həkimləri koronavirusu olan hər beşinci xəstədə zehni pozğunluqlara rast gəldiyini bildirdi. Bu, intoksikasiya sindromu fonunda viral ensefalit və ya reaktiv vəziyyətin nəticələri ola bilər. Ancaq bu günə qədər həkimlər koronavirusun nəticələrini tam qiymətləndirə bilmirlər.

SARS-CoV-2-nin sinir sisteminə zərər verdiyi və beyin iltihabına səbəb olduğu müəyyən edilib. Psixi pozğunluqların simptomlarının nə qədər davam edəcəyini zaman göstərəcək", - deyə həkim əlavə edib. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...