No Image
No Image

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR
Ötən il olduğu kimi, 2021-ci ildə də kreslosunu itirən yüksək vəzifəli məmurlar var. Kimisi yaşına görə, kimisi korrupsiya, vəzifələrindən sui-istifadə əməllərinə görə, kimisi də Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu postla vidalaşmalı olub.

Sfera.az "Qafqazinfo"ya istinadən 2021-ci ilin geridə qalan 5 ayı ərzində vəzifəsini itirən məmurları təqdim edir.

Sözsüz ki, vəzifəsinin yüksəkliyinə görə, siyahıya sabiq səhiyyə naziri Oqtay Şirəliyev başçılıq edir. 16 il bu postda qalan nazir, xüsusən də pandemiya dövründə səssizliyə ilə seçildi. Bu da istənilən halda ictimaiyyətdə haqlı narazılıqlara səbəb oldu. Nazirin vəzifəsindən azad edilməsində səhiyyə ocaqları rəhbərlərinin özbaşınalıqlarının da rolunun olduğu istisna deyil. Hər halda koronavirus xəstələrinin dövlət tərəfindən tikilib istifadəyə verilmiş klinikalara pul müqabilində yerləşdirilməsi səhiyyə naziri üçün böyük minus sayıldı.



Ramin Quluzadə isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. 4 il nazir kimi çalışan 44 yaşlı məmur, hazırda Azərbaycan Prezidentinin İşlər müdiridir.



Son günlərdə vəzifəsini itirənlərdən biri də "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovdur. 10 il bu vəzifədə qalan sabiq sədr, bir müddət əvvəl dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Onu da əlavə edər ki, Q.Hüseynov "Azərsu" ASC-nin sədri təyin olunmazdan əvvəl Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti idi.



Qorxmaz Hüseynovdan bir neçə gün əvvəl isə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov kreslosu ilə vidalaşmalı oldu. 2014-cü ildən rayon başçısı olan Məmmədov DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanıldı. Mənimsəmə və korrupsiya əməllərinə görə barəsində həbs qətimkan tədbiri seçilən sabiq icra başçısı hazırda dəmir barmaqlıqlar arxasındadır.



2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Əhməd Əhmədzadəyə də 2021-ci il düşərli olmadı. 76 yaşlı sabiq məmur Prezident sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Sabiq sədrin Baş nazir Əli Əsədovun müşaviri təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, bu barədə rəsmi təsdiq yoxdur.



2021-ci ildə külli miqdarda mənimsəməyə görə həmn vəzifəsini itirən, həm də həbs edilən yüksək vəzifəli məmurlardan biri də "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovdur. Onun barəsində CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.



Xalidə Bayramova digərlərinə nisbətən vəzifəsi bir qədər aşağı olsa da, mütəmadi olaraq qalmaqallarla yadda qalıb. O, bu gün Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib. 57 yaşlı Xalidə Bayramova Səbail RİH-də birinci müavin kimi 4 icra başçısı yola salsa da, 14 ildir ki, rayonda ən önəmli vəzifəni idarə edirdi. Onun adı hələ 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. O gün isə sabiq birinci müavinin adı növbəti bir cinayətdə hallanmışdı. Belə ki, o, yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət etmişdi.



Vəzifəsini itirənlər arasında BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov da var. Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrini daşıyan Anar Məhərrəmov ötən ay geri çağırıldı. 1978-ci il təvəllüdlü A.Məhərrəmov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.



Bundan başqa, 2021-ci ildə Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova, Polşada eyni vəzifədə olan Həsən Həsənov, Estoniyadakı səfirimiz Murad Nəcəfbəyli və onun İordaniya Haşimilər Krallığındakı həmkarı Rasim Rzayev də geri çağırılıb.

2021-ci ildə vəzifəsini itirənlər arasında Azərbaycan Ordusunun generalları da var. Belə ki, Baş qərargah rəisinin müavini general-leytenant Zahid Hüseynov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi general-mayor Lənkəran Əliyev və İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general mayor Rasim Əliyev yaş həddinə görə ehtiyata buraxılıblar.



Onu da qeyd edək ki, adıçəkilən generallardan əvvəl, sabiq Qərargah rəisi Nəcməddin Sadıkov və birlik komandirləri general-leytenant Rövşən Əkbərovla general-mayor Xəqani Cəbrayılovun ötən ilin sonlarında ordudan uzaqlaşdırıldığı bəlli olsa da, bu barədə rəsmi məlumat yalnız bu ilin aprelində açıqlandı. Bu generallardan Rövşən Əkbərov hazırda həbsdədir. O, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində Azərbaycan vətəndaşı, iş adamı Əliyev Elçini öldürməkdə ittiham olunur.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bəzi qapalı məkanlarda maska tələbi ləğv ediləcək" - AÇIQLAMA

Artıq iyunun əvvəllərindən etibarən ölkədə karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır.   Verilən qərarlar içərisində açıq havada mask...

Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərb...

Şuşa Bəyannaməsinin TAM MƏTNİ

Sfera.az "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin tam mətnini təqdim edir: Azərb...

İlham Əliyev Cıdır düzündə rəqs etdi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda görüş keçirib.  Sfera.az xəbər verir ki, ...

Ermənistan Kəlbəcəri növbəti dəfə atəşə tutdu - RƏSMİ

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi i...

Müdafiə Nazirliyi məlumat yaydı: Ermənilər Kəlbəcərdə bölmələrimizə atəş açdı

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açm...