No Image
No Image
No Image

Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti AÇIQLADI

Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti AÇIQLADI
 Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəymişdir.
Faktla bağlı Füzuli rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Eyni zamanda, düşmənin növbəti dəfə ağır artilleriya qurğularından açdığı atəş nəticəsində 30.09.2020-ci il tarixdə saat 15 radələrində Tərtər rayonu, Yenikənd kənd sakini Azərbaycan Respublikasının vətəndaşı Oqorodnik Lyuda Vasilyevnaya məxsus yaşayış evinin həyətinə top mərmisinin düşməsi nəticəsində həyətdə olan yardımçı tikili dağılmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR

Düşmən ölən daha 62 hərbçinin adını açıqladı - SİYAHI

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir. Sfera.az-ın "armeniasputnik” saytına istinadən verdiyi məlumata görə, ermənilər ölən daha 62 h...

Paşinyan Azərbaycanla danışıqlardan imtina etdi: "Diplomatik həll yoxdur..."

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur. Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi can...

Rus şirkəti Qarabağa muzdlular yığır - TƏFƏRRÜAT

112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox ...

“Özünüz döyüşün...” – Həyat yoldaşı Paşinyanı müdafiə etmək istədi, amma...

Həyat yoldaşının Nikol Paşinyanı sosial şəbəkədə müdafiə etmək cəhdi əks effekt verib. Sfera.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın...

Azərbaycanda koronavirusa rekord yoluxma - 7 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfe...

Erməni mediası: 1500 meyit Ermənistana təhvil verildi

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistan tərəfinə 1500 hərbçinin meyitini təhvil verib. Sfera.az xəbər verir ki, meyit kisələri məhkəmə-tibbi ekspertiza...