No Image

Baş gicəllənməsi əleyhinə bunlara ƏMƏL EDİN

Baş gicəllənməsi əleyhinə bunlara ƏMƏL EDİN
 Qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis həkim Haluk Özkarakaş baş gicəllənməsindən qorunmağın yollarını açıqlayıb.

Sfera.az baş gicəllənməsindən qorunmağın 10 yolunu sizə təqdim edir.

Spirtli içkidən uzaq durun

Spirtli içki yüksək dozada qəbul olunduğu zaman baş gicəllənməsinə səbəb olur. Xüsusilə miqrenə bağlı baş gicəllənmə problemi olanlarda pivə və şərab ağrıları daha da artırır. 

Kofein tərkibli içkiləri azaldın

Yaş artdıqca bədənin su ehtiyatı da azalır. Qəhvə və çayın artıq içilməsi orqanizmdən suyun xaric olunmasına və iç qulaqda su artımına səbəb olur.

Stressdən uzaq qalmağa çalışın

Mümkün olduğu qədər stressdən uzaq durmağa çalışın. Çünki insanın özünü ağır stresslə yükləməsi baş ağrısına və gicəllənməsinə səbəb olur.

Duzdan istifadəni azaldın

Duzdan çox istifadə daxili qulaqda suyun miqdarını artırdığı üçün baş gicəllənməsinə səbəb olur. Konservləşdirilmiş qidalar, tomat, turşu-marinad və paketlənmiş məhsullardan mümkün olduğu qədər az istifadə etmək lazımdır. 

Ani hərəkət etməkdən çəkinin

Başınızı çox ani hərəkətlə sağa və ya sola çevirməyin. Xüsusilə də hərəkətlərə bağlı baş gicəllənməsi olanlar ani hərəkətlərdən ehtiyat etməlidirlər.

Orqanizmdə su və duzun miqdarını tənzimləmək üçün gündə 2 litr su içmək lazımdır. Yay aylarında isə içilən suyun miqdarı 3 litr olmalıdır. 

Bol su için 

Asan hərəkətli idman növlərinə üstünlük verin

Hərəkətlərə bağlı baş gicəllənmədən əziyyət çəkirsizsə basketbol, boks kimi idman növlərindən uzaq durmağa çalışın. Yürüyüş kimi asan idman növlərinə üstünlük verin.

Sağlam qidalanın

Gündəlik protein, kalsium və mineral ehtiyaclarınızı qarşılayan qidalara üstünlük verin. Mümkün olduğu qədər təbii qidalardan istifadə edin. Duzsuz çərəzlərdən çəkinməyə çalışın.

Gün eynəyindən istifadə edin

Günəşli havalarda gün eynəyindən istifadə edin. Eyni zamanda ac və yuxusuz qalmamağa da çalışın. Miqreni artıran şokalad, duzlu pendirlər, sosiska, kolbasa kimi qidaları yeməkdən çəkinin.

İnfeksiyalara qarşı diqqətli olun

Son 10 gün içində qripdən sonra baş gicəllənmə probleminiz varsa mütləq həkimə müraciət edin. Çünki yaxşı müalicə edilməmiş orta qulaq infeksiyaları daxili qulağa yayılaraq, labirent deyilən probləmə yol aça bilər. 

Baş gicəllənməsinin 95 faizinə qulaqdakdakı hər hansısa problem səbəb olur. Qalan 5 faiz isə beyin xəstəliklərinin payına düşür. (ölkə.az)

OXŞAR XƏBƏRLƏR

Qan rənginiz nədən xəbər verir?

 Bədəninizdəki bəzi simptomlardan oksigen səviyyəsinin aşağı olduğunu hiss edə bilərsiniz. Bu məsələ xüsusilə COVID-19 xəstəliyi səbəbi ilə son vaxtlarda g...

Bu əlamətiniz varsa, qrip deyil, koronavirus olmusunuz - həkimlər fərqi tapdı

Dünyada çoxsaylı ölümə səbəb olan koronavirus epidemiyası qrip xəstəliyinə bənzədiyi üçün virusa yoluxan insanlar çox vaxt fərqi bilmirlər. Sfera.az xəbər...

Yaddaşı gücləndirən məhsullar məlum olub

 Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar. Sfera.az bildirir ki, brokkoli, pomidor, balqabaq tumu, yunan qozu...

Azərbaycanda koronavirusa ən çox və ən az yoluxma olan bölgə...

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı...

Sinir sistemini gücləndirən MƏHSUL

 "Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir". Sfera.az bildirir ki, bunu Seçenov Universitetin...

Xərçəngin birinci, əsas səbəbi: NİYƏ ONU GİZLƏDİRLƏR!

 Hər il xərçəng xəstəliyinə tutulanların sayının getdikcə artdığı bir dövrdə alimlər onun müalicəsi ilə yanaşı, yaranma səbəbinin müəyyən edilməsi üzərində...