No Image
No Image

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
 

İyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-22,  gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.  

Azərbaycanın rayonlarında  havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu  düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz:

İyulun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Karantin rejimində yas yerlərində iştirakla bağlı yeni qərar açıqlanıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı yeni qərarında yas yerlərində iştirakla bağlı məsələ də öz əksini tapıb...

Peyvənddən sonra hansı fəsad və problemlər ola bilər?– Alimdən CAVAB

Dünyada başlayan kütləvi koronavirus vaksinasiyasına Azərbaycan da qoşuldu. Bu günə kimi artıq 22 milyon insan 45 ölkədə peyvənd edilib. Lakin hələ də insanla...

İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda…

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq tür...

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub. Sfera.az-ın verdiyi xəbərə görə, əhali 2020-ci ildə alıcıların son istehlak...

“Koronavirus zamanı öskürəyin qarşısın almaq qəti qadağandır” - AÇIQLAMA

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb. Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdiri...

Bakıda mənzildən qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxası...