2020-ci il Azərbaycanda ‘KÖNÜLLÜLƏR İLİ’dir

21:05 / 20.05.2020
1053
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il sərəncamı ilə 2020-ci ilin könüllülər ili elan edilməsi onların göstərmiş olduqları xidmətlərə verilən qiymətdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında və çiçəklənməsində,beynəlxalq aləmdə tanınmasında,ictimai,sosial layihələrin həyata keçirilməsində könüllülərin rolu böyükdur.
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını və insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.Gənclerin dövletimizin inkişafına öz töhfələrini verməsi ictimai ve sosial sahədə failiyyətlərini genişləndirilməsi üçün 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu proses 2003-cu ildən daha da gücləndirilmiş ve Prezident İlham Əliyev siyasətinin də prioritetlərindən birini təşkil edir.Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. 2009-cu ildə "Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı
Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Bu gun dünyada geniş yayilan COVID-19 pandemiyasi ölkəmizdəndə yan keçməmişdir.Pandemiyanin geniş yayılmasının qarşısını almaq ucu tetbiq edilmiş karantin rejimi dövründe ‘Böyüklərimizi qoruyaq’ devizi altinda könüllulər minlerle yasli,tenha şəxslərin,aztəminatli ailelerin,şəhid ailələrinin,fiziki mehdudiyyetli şəxslərin evlərinde olmuş,onlara penisya ve müavinetlarını almaqda yardim etmiş ,ərzaq ve digər yardımların göstərilməsində yaxindan iştirak etmişlər.
Bu gun bir cox sahələri könüllülərsiz təsəvvür etmək mümkün deyil. Könüllü fəaliyyətində iştirak gənclər üçün yeni imkanlar açmışdır. Bu hərəkat təcrübəli, bacarıqlı, müasir düşüncəli və ölkə başçısının vurğuladığı dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncini və kadr ehtiyatını inkişaf etdirir. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən onun aktiv bir parçasına çevrilirlər.Tesadüfi deyilki könüllülər hərəkatinda iştirak edən minlərlə genc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışır. 2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr sahesindeki islahatlari gənclərin dövlət idarəciliyi sahesindeki iştirak prespektivlerini daha da artirmisdir.Məhz bunun nəticəsidirki qanunverici ve icraedici orqanlarda genc kadrlarin sayi artmisdir.Bu kadrlarin bir coxu könüllülər hərəkatında iştirak edən genclərdir. Ölkəmizdə könüllülük hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu da xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın fəaliyyəti nəticəsində ölkəmizdə keçirilən mötəbər mədəni ve idman tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə bütün sahələrdə daha böyük uğurların qazanılacağına geniş imkanlar yaradır.
Mənsur Vəliyev
Nəsimi rayon təhsil işçisi