Rusiyalı Əməkdar artistlər Bakıda konsert verəcək

Rusiyalı Əməkdar artistlər Bakıda konsert verəcək

Rusiyanın məşhur cütlüyü və duet ortaqları Leonid Aqutin və Anjelika Varum Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

Sfera.az xəbər verir ki, rus ifaçıları martın 1-i Bakı Konqres Mərkəzinin səhnəsində Bakı tamaşaçılarına həm köhnə, həm də yeni kompozisiyalardan ibarət tamamilə yeni bir konsert proqramı təqdim edəcəklər.

Anjelika və Leonid "Esperanto” qrupu və "Swans Funk” rəqs qrupu ilə tamaşaçılara möhtəşəm və unudulmaz musiqi ziyafəti verəcəklər.

 

Xatırladaq ki, hər iki məşhur ölkəmizdə yay mövsümündə keçirilən "Jara” beynəlxalq musiqi festivalında çıxış ediblər.

Qeyd edək ki, Anjelika Varum Rusiyanın Əməkdar artisti, Beynəlxalq estarda nümayəndələri  ittifaqının üzvü, Milli Rus Avrasiya Mükafatının üçqat qalibi, "İlin mahnısı” festivalının laureatıdır.

Leonid Aqutin Rusiyanın Əməkdar artisti, bəstəkar, musiqiçi, mahnı müəllifi, aranjimançı, rejissor, "İki Ulduz” layihəsinin qalibi, 2017-ci ilin "Şanson” mükafatçısıdır.

Müğənnilər 2000-ci ildə rəsmi şəkilə ailə həyatı qurublar. Cütlüyün Mayamidə yaşayan bir qızı var.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...