Bu sözlər lüğətdən çıxarıldı - Siyahı

Bu sözlər lüğətdən çıxarıldı - Siyahı

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin nəşrə göndərilməsi üçün son tamamlanma işləri aparılır.

Sfera.az bildirir ki, bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Elmi Şuranın iclasında yeni lüğətə daxil edilən və əvvəlki lüğətdən çıxarılan bütün sözlərin müzakirəsi yekunlaşıb. 

Akademik bildirib ki, lüğətin sentyabr ayında nəşrə göndəriləcəyi dəqiqləşib:

"Hazırda mən lüğəti sonuncu dəfə redaktə edirəm. Redaktəni bitirdikdən sonra lüğət gələn ay birbaşa nəşrə göndəriləcək və çapdan sonra lüğət ictimaiyyətə təqdim ediləcək. Bir məsələni xüsusi olaraq qeyd edim ki, lüğətdə eyni mənanı ifadə edən iki oxşar sözlərdən biri çıxarılıb. Misal üçün, eyni mənanı ifadə edən lampa və ləmpə, altun və altın, haçan və haçaq sözlərindən biri lüğətdən xaric edilib".

Qeyd edək ki, Dilçilik İnstitutuna daxil olan yeni təkliflərlə əlaqədar olaraq yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin iyun ayının əvvəlində nəşrə göndərilməsi təxirə salınıb.

Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...