Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq

Sumqayıtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün xüsusi zolaqların salınmasına başlanılıb.

APA-nın xəbərinə görə, şəhərin əsas girişi olan Sülh prospektində hərəkət sıx olduğundan və tıxacların qarşısının alınması məqsədilə yolun birinci zolağı avtobuslar üçün ayrılıb.

Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Şamxal Əliyev açıqlamasında cərimənin məbləğini də açıqlayıb: "Nişanlama xəttinin tələbi olaraq 40 manat məbləğində cərimə tətbiq olunacaq. Həmin xəttə girmə elə xəttin tələbini pozmaq deməkdir. Sürücülər üçün xətdə saxlamaqla, xəttə girmək eyni məsuliyyətdir. İş tam başa çatmadığı üçün hələ ki, sürücülərə xəbərdarlıqlar edilir. Sülh küçəsinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindən Koroğlu prospekti istiqamətində nişanlama bu gün aparılacaq. İşlər tam başa çatmadığı üçün sürücülər hələ ki, cərimələnmir. Yalnız xəbərdarlıqlar olunur".


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Bolqarıstanın ölkəmizdə səfərdə olan prezidenti Rumen Radev ilə görüşüb.   Sfera.az xəbər verir ki,...

Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini MÜZAKİRƏ ETDİ

Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edirəm.   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Baş ...

NATO-nun təlimi zamanı 11 əsgər YARALANDI

İsveçdə NATO-nun "Swift Response" təlimi zamanı paraşütlə tullanma nəticəsində 11 əsgər yaralanıb.    Sfera.az xəbər verir ki, bu barə...

MAQATE direktoru İranla danışıqlardan RAZI QALMADI

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi İranda iki gündür davam edən danışıqların gedişindən narazılığını bildirib.   ...

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ölkənin birinci bankı Kapital Bank avtomobil sahibi olmaq istəyən müştərilərinə sərfəli fürsət təqdim edir.   Sfera.az xəbər verir ki, rəsmi gəliri o...

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini i...