Azərbaycan gömrüyündə insident: Boğazını kəsdi

Azərbaycan gömrüyündə insident: Boğazını kəsdi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb. 

Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb. S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib. Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.

Astara gömrük postunda digər bir fakt üzrə isə İran vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.

Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

"EGE Hospital"da dəhşət: Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı

 Bakının məşhur klinikalarından olan "EGE Hospital"ın kardiocərrahiyyə şöbəsində ağlasığmaz hadisə baş verib. Klinikanın kardiocərrahı Ülvi Mirzoyev ...

SON DƏQİQƏ! Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi FOTOLAR

 Azərbaycan idmanına itki üz verib.   "Report"un məlumatına görə, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib. ...

SON DƏQİQƏ! Bakıda etiraz aksiyası,əraziyə polis gəldi - VİDEO

 Bakıda bir qrup vətəndaş etiraz aksiyası keçirib.   Sfera.az  Oxu24.com-a istinadən xəbər  verir  ki, bağlanan  4  bank...

Nigar Həsənzadə Leyla Əliyevaya mahnı həsr etdi - VİDEO

Nigar Həsənzadə Leyla Əliyevaya mahnı həsr edib.   Sfera.az xatırladır ki, şairə Nigar Həsənzadə Azərbaycan Respublikasının, Bakı şəhərində anadan olub...

SON DƏQİQƏ! Mirşahin Ağayev koronavirusa yoluxdu

  "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus  (COVID-19) infeksiyasına yoluxub.&nbs...

Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu - VİDEO

  Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb.  Sfera.az xəbər verir ki, görüntülər "Hyatt Regency Baku” hotelində l...