190 manatı gözləyənlərə şad xəbər – Nazirdən açıqlama + Video

190 manatı gözləyənlərə şad xəbər – Nazirdən açıqlama + Video
 Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq.

Sfera.az xəbər verir ki, birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə açıqlamasında bu dəfə 190 manatlıq müavinətin 287 min nəfərə veriləcəyini bildirib:

"Ümumilikdə 16 şəhər və rayonlarımızda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərə 190 manat təmin ediləcək. Bu 16 rayon üzrə 287 min nəfərə ödəniş həyata keçiriləcək və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək  uzadılıb.



OXŞAR XƏBƏRLƏR

Abşeronda bu qədər ərazi suvarıldı - VİDEO

 Bu mövsüm Abşeronda 18400 h ərazi suvarılıb Bu mövsüm Abşeron magistral su kanalı vasitəsilə18 min 400 h ərazi suvarılıb.   Sfera.az xəbər verir ki...

Baş Prokurorluq onların görüntülərini yaydı - VİDEO

 "14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib”. Sfera.az xəbər verir ki, bu barədə Baş Pro...

Parklanmaya görə cərimələr qayıdır

Bakıda parklanmanı pozanlar kameralar vasitəsilə yenidən cərimələnəcək.   Sfera.az xəbər verir ki, bu barədə BNA rəsmisi Mais Ağayev məlumat verib. &n...

Əlillik təyinatında yenilik

  Nazir müavini: "Hər qüsura əlillik demək olmaz" Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, əlilliyin təyinatı ilə bağlı nazirlik tərəfindən ye...

Pandemiya dövründə dəmiryolu ilə yükdaşımaların vəziyyəti - VİDEOMÜZAKİRƏ

  Qlobal bəlaya çevrilən pandemiya öz mənfi təsirini ilk növbədə ölkələrarası və ölkədaxili sərnişindaşımalarda göstərdi. Ölkələr arasında xarici ticarət ...

Çimərlik ərazisindən istifadə qaydaları açıqlanıb - VİDEO

 COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi dövründə çimərliklərdən istifadə edən şəxslər üçün yeni qaydalar açıqlanıb. ...