19 nəfəri öldürüb körpüdən asdılar

19 nəfəri öldürüb körpüdən asdılar

Meksikanın Uruapan şəhərində narkomafialar arasında gedən "müharibə” 19 can alıb.

"Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, narkomafiaların qətlə yetirdiyi 9 nəfərin yarıçılpaq cəsədləri şəhərin mərkəzindəki körpüdən asılı halda aşkarlanıb. Digər 10 cəsəd isə parçalanmış halda, eyni körpünün yaxınlığında tapılıb.

Bildirilir ki, ardı-arası kəsilməyən bu cinayətlər təkcə narkotik bazarı üçün deyil, həmçinin milyard dollarlıq avakado sektorunu ələ keçirmək üçün də törədilir.


OXŞAR XƏBƏRLƏR