10,989 milyard manat nağd pul banklardan kənardadır

10,989 milyard manat nağd pul banklardan kənardadır
Azərbaycanda olan bütün pulların 38,3 faizi nağd formadadır. Mütləq ifadədə 31,289 milyard manat olan pul kütləsinin 11,981 milyard manatı nağd pullardan ibarətdir. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağd pulun həcmi ilin əvvəlindən 142 milyon manat, yəni 1,2 faiz artıb. Ümumi pul kütləsində isə artım 2,1 miyard manat və ya 7,2 faiz olub. 

Nağd pul kütləsində artım sürətinin zəif olması səbəbindən ümumi pul kütləsində onun payı azalıb. İlin əvvəlində pul kütləsinin 40,5 faizi nağd formada olduğu halda son məlumata görə 38 faizi nağd formadadır. 

Nağd pulun 10,989 milyard manatı (91,73 faiz) banklardan kənardadır. Banklardan kənarda olan nağd pul bütün pulların 35 faizini təşkil edir. 

Əvvəlki illərlə müqayisədə nağd pulun həcmi artsa da, onun pul kütləsindəki payı azalır. 2013-cü ildə dövriyyədə olan pulun 57,2 faizi nağd formada idi. Devalvasiyadan sonra nağd pulların payı 25,4 faizə qədər azaldı. 2020-ci ilin sonunda nisbət 40,5 faizə qədər yüksəlsə də bu il yenidən azalma dinamikası müşahidə edilir. 

Eynilə banklardan kənarda olan nağd pulun həcmi də azalır. Ötən ilin sonunda 38 faizi keçən həcm hazırda 35 faiz səviyyəsindədir. 

Bildirək ki, nağd pulun ümumi pul kütləsində həcminin aşağı olması tövsiyə edilir. Qabaqcıl ölkələrin göstəriciləri nəzərə alınarsa, Azərbaycanda nağd pulun həcmi arzuedilən səviyyədən çox yüksəkdir. İqtisadiyyatı oturuşmuş ölkələrdə nağd pul ümumi pul kütləsinin 5-10 faizini təşkil edir, pul kütləsinin digər hissəsi nağdsız formada olur. 

Nağdsiz pul kütləsi artıq olanda ümumi iqtisadi proseslərə daha rahat nəzarət etmək mümkündür. O cümlədən, qiymətlərin dinamikasını tənzimləmək asanlaşır, vergidən yayınma halları minimuma enir, korrupsiya elementləri azalır və s. Bu mənada nağd vəsaitlərin həcminin ümumi pul kütləsi ilə müqayisədə azalması təqdir edilə bilər. 

Nağd pulun xüsusi çəkisinin hələ də yüksək olmasına əhalinin bank xidmətlərindən istifadəyə dair bilik və vərdişlərinin aşağı səviyyədə olması, banklara etibarın zəif olması, münasib infrastrukturun yoxluğu, topdan və pərakəndə satışın hələ də önəmli hissəsinin nağd pul ilə aparılması, bazar və küçə ticarətinin miqyasının böyüklüyü və s. təsir edir. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...