250 min neftçi işsiz qalacaq

12:00 / 12.06.2022
2572
Neftin qiymətlərinin aşağı olması səbəbindən dünya üzrə 250 min neftçi işsiz qala bilər.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın PDVSA şirkətinin
strategiya üzrə direktoru Serhio Antonio Tovar bəyan edib.
Onun sözlərinə görə, aşağı qiymətlər sahəyə əsaslı qoyuluşların azalmasına və işçilərin ixtisarına
gətirib çıxarır: "Neft sahəsində çalışan 250 min və ya daha çox insan işini itirəcək".
S.Tovar hesab edir ki, neftin aşağı qiymətlər dövrü çox davam etməyəcək və qara qızıla tələb-təklif
balansının bərpasından sonra başa çatacaq.