Yuxusu qaçanların çarəsi tapıldı – 5 addımda yuxuya gedin

Yuxusu qaçanların çarəsi tapıldı – 5 addımda yuxuya gedin
Yuxusuzluq insanlar üçün əsl kabusa çevrilib. Ertəsi gün qalxıb işə getməlisiniz, amma yata bilmirsiniz, elə? Narahat olmayın quzuları saymaqdan çox daha təsirli üsul var.
Hər kəs başını yastığa qoyan kimi yatmaq istəyir. Amma təəssüf ki, beyin məşğul olanda bu istəyi həyata keçirmək o qədər də asan olmur. Üstəgəl, səhər tezdən qalxıb işə ya da məktəbə getmək məcburiyyətindəsinizsə, keçmiş olsun, bərbad bir gecə sizi gözləyir. Çox adam yatmazdan əvvəl ya qoyun-quzu sayır, ya da yuxu dərmanı içir. Lakin elm sadəcə 60 saniyədə yuxuya gedə biləcəyinizi deyir. Bu üsulla yanınızdakı şəxs xoruldasa belə, siz rahat-rahat yatacaqsınız.
Harvardlı həkim Andrey Ueil uzun müddətdir yuxu və nəfəsalma texnikaları üstündə işləyirdi. Ötən günlərdə "4-7-8” ya da "Rahatlaşdırıcı nəfəs” adlandırılan texnikasını sosial şəbəkələrdən paylaşıb. Bununla da yüzlərlə adam telefon ya da komputerin arxasında yuxuya gedib. Yata bilməyənlər isə ya uzun müddət boş-boş danışıb, ya da əsnəməli olub.
Ueil öz metodunu belə açıqlayır:
"Nəfəs almağın psixologiyanız və bədəninizdəki sistemlərlə güclü bağlılığı var. Sadə şəkildə nəfəs almağa diqqət edərək rahatlaşa və sürətlə yuxuya gedə bilərlər.  Saatın neçə olduğunun isə heç bir əhəmiyyəti yoxdur”.
Yoqa və bənzər məşqlərin də yer aldığı yazıda nəfəsalma texnikaları ilə həqiqətən yuxusuz gecələrinizdən tamamilə xilas olacaqsınız. Bu isə həmin texnikanın tətbiqolunma üsulu:
1. Dilinizi üst dişlərinizin arxa qisiminə dəyəcək mövqedə saxlayın.
2. Ağzınızı bağlayıb burnunuzdan 4-ə qədər yavaş-yavaş sayaraq nəfəs alın.
3. Nəfəs almayın və ürəyinizdə 7 dəfə sayın.
4. Nəfəsinizi verərkən 8-ə qədər sayın.
5. Bu əməliyyatı 3 dəfə təkrar edin. Cəmi 76 saniyə keçəcək. Çox adamisə  ümumiyyətlə, 60-cı saniyədə yuxuya gedir.
 
Bu metodu sınayanda fikrinizi tamamilə nəfəs almağa və tətbiqin əməliyyatlarına yönləndirin. Yata bilməyənlər üçün Dr. Ueil "Bu işi buraxaram” deyərək öz metoduna zəmanət verib. Hər kəsə indidən şirin yuxular.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...