“YouTube”da rekord vuran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişində – VİDEO

“YouTube”da rekord vuran azərbaycanlılar Rusiyanın ən reytinqli verlişində – VİDEO
Məşhur azərbaycanlı HammAli & Navai dueti ilk dəfə Rusiyanın "Birinci kanal”ının ən reytinqli verlişi olan "Veçerniy Urqant”ın qonağı olub.

Sfera.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ifaçıların iştirak etdiyi verilişin çarxı layihəsi "YouTube” sosial şəbəkəsindəki rəsmi saytında yayımlanıb.
Onlar verlişin aparıcısı İvan Urqant tərəfindən musiqili qonaqlar kimi şouya dəvət alıblar. Müğənnilər özlərinin "Notlar” hitini ifa ediblər. Artistləri təqdim edən Urqant HammAli & Navaini möhtəşəm duet adlandırıb və onların inanılmaz populyar olduqlarını deyib.

Reperlər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) hazırda bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda doğulsalar da, Rusiyada yaşayıb işləyirlər.

Bu musiqiçilər geniş ictimaiyyət qarşısına 2017-ci ildə çıxıblar. Onların ilk hiti "Tı moya ximiya” (Sən mənim kimyamsan) olub və Rusiyada ən çox dinlənən mahnıların Top 20-liyinə düşüb.

Onların axırıncı hiti olan "Pustiti menya na tanspol” (Məni rəqs meydançasına buraxın) "YouTube”da 90 milyondan çox baxış toplayıb. Verilişdə ifa etdikləri "Notlar”ı isə 66 milyonadək internet istifadəçisi dinləyib.

Qeyd edək ki, HammAli & Navai "YouTube”da ən çox baxış toplayan azərbaycanlı müğənnilərdir.
 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...