Cəmİyyət

Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı

Yol polisi Göyçay və İsmayıllıda reyd keçirdi, 30 avtobus sürücüsü saxlanıldı
 

Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib.

Sfera.az-ın məlumatına görə, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və tibbi müayinədən keçməyən sürücülərin aşkar edilməsi məqsədilə keçirilib.

Keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 30 avtobus sürücüsü saxlanılıb. Həmin sürücülərə qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031