Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir keçirildi

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbir keçirildi
 «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nın məqsədlərinə uyğun olaraq, təhsil müəssisələrində aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, bu qəbildən olan növbəti tədbir DİN-in Baş DYP İdarəsinin, Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının birgə iştirakçılığı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Əhməd Zeynalov adına 302 saylı tam orta məktəbdə baş tutub.
 
Məktəbin direktoru Səkinə Rzayevanın fəal təşkilatçılığı ilə məktəbin şagird və müəllim kollektivilə yanaşı valideyinlər də qatıldığı tədbirdə çıxış edən Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, məktəblilərin yol hərəkət iştirakçısı qismində maarifləndirilməsinə xidmət edən bu görüşün Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etməsini xüsusi vurğulayaraq bütün şüurlu həyatını doğma Azərbaycanımızın çiçəklənməsinə həsr etmiş Heydər Əliyev dühasının müasir gəncliyin daha firavan və təhlükəsiz yaşaması üçün atdığı tarixi addımlardan danışmışdır.
 
Yol hərəkəti təhlükəsizliyinin təbliği istiqamətində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən sosial-inzibati tədbirlərlə yanaşı ictimai iştirakçılığın da böyük əhəmiyyət kəsb etdiyini qeyd edən polis polkovnik-leytenantı M.Ağayev, yol hərəkəti qaydalarının uşaq və yeniyetmələrə öyrədilməsində təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırmışdır. 
 
Çıxış edən digər natiqlər - Gülnarə Pənahova, Ləman Seməndərli, Fəridə Süleymanova və Səkinə Rzayeva keçirilən tədbirin mahiyyəti barədə iştirakçılara geniş məlumat vermişlər. 
 
Qarşılıqlı diskusiya şəraitində keçən görüşdə məlumatların daha yaddaqalan və təsirli olması üçün əyani vasitələrdən istifadə edilmiş, iştirakçılara sorğu bülletenləri paylanılaraq onların yol hərəkəti təhlükəsizliyinin təşkili ilə bağlı fikirləri öyrənilmişdir. 



OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...