“Yerli \"detal\" təkərlərə vurulan Neftçala havası olacaq” – Ekspert Azərbaycanda avtomobil istehsalı haqqında

“Yerli \
"Azərbaycanda 2 dəfə avtomobil yığılması təcrübəsi olub, hər ikisi də fiasko ilə nəticələnib. Həm Şamaxıda, həm də Naxçıvanda daha maşın yığmırlar - yığırdılar deyəndə ki, korpusun içində motor, altında bütün sistem hazır şəkildə ölkəyə gətirilirdi, təkərlər və güzgülər ayrı gəlirdi, güzgüləri qapıya bağlayırdılar, təkərləri yerinə taxırdılar. Adını da "istehsal" qoymuşdular”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 
N.Cəfərli qeyd edib ki, rentabelli avtomobil istehsalı üçün detalların ən azı 30-35%-i yerli müəssisələrdə hazırlanmalıdır, o maşınlarda isə yerli olan tək şey təkərə vurulan Şamaxı və Naxçıvan havası idi:

"Məmurlar dərs çıxarmadı, 3-cü addımı atdı. Neftçala Avtomobil Zavoduna (yenə NAZ) bir ətək pul xərclədi. Artıq zavodda yığılan maşınlara ad da tapıblar: "Crown". İki model - "S 5"(sadə) və "L 5" (lüks) seriyalı avtomobillər yığılacaq. Hər iki modeldə mexaniki sürət qutusu olacaq, yəni, "lüks” dediklərində də sürət qutusu mexanikadır. Sadə 14-16 min, lüks 16-18 min manat arası satışa çıxarılacaq. Hər iki modeldə motor 1.7 litr həcmində olacaq. Özü də deyirlər ki, avtomobilləri ixrac edəcəyik”. 

Ekspertin sözlərinə görə, dünya artıq süni intellektə malik sürücüsüz maşın buraxır, elektrokarlara keçir, bizdə isə mexaniki "korobka" ilə maşın yığıb ixrac etmək istəyirlər:
 
"O maşınlarda da yerli "detal" təkərlərə vurulan Neftçala havası olacaq. Bütün detallar valyuta ilə xaricdən alınacaq, dollar qalxan kimi detalların, deməli maşınların da qiyməti manatla qalxacaq və geridəqalmış sürət qutusu ilə o maşını baha qiymətə kim alacaq?! Xaricə hara satacaqlar? Gürcüstana? Bu ölkə çox ağıllı gömrük siyasəti ilə bütün avtoparkını yeniləyib, bölgədə ən ucuz maşın oradadır. Rusiyaya? Bu ölkə özü keyfiyyətsiz "təkərli vedrələr" buraxır, bizdən niyə baha maşın alsın ki?! İrana? Zatən Neftçalada İran maşını yığacaqlar, yəni "monqol turistlər, monqol dublenkasını" buradan niyə alsınlar ki?”.


Mənsur Rəğbətoğlu
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...