Yeni icra başçıları kimdir? - DOSYE

Yeni icra başçıları kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə iki rayona gənc icra başçıları təyin edilib.

Sfera az xəbər verir ki, Xaçmaz rayonuna başçılıq edəcək Elnur Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. Onun 39 yaşı var. 

E.Rzayev birinci müavin olmadan öncə Gəncə "Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb. O, 1980-ci ildə  Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alandan sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə  idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib. 

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var.

Yevlax rayon icra başçısı vəzifəsinə təyin olunan Anar Tağıyev isə paytaxtın Nəsimi rayon icra hakimiyyəti başçısının müavini idi. O, 1981-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetini, ardınca isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Müxtəlif illərdə hüquqşünas, Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.  Ailəlidir, 2 övladı var. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...