Yeni hökumətdə bu nazirlər və komitə sədrləri təyinat almayıb - SİYAHI

Yeni hökumətdə bu nazirlər və komitə sədrləri təyinat almayıb - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

Sfera.az bildirir ki, əvvəlki kabinetdə təmsil olunmuş gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni tərkibdə də eyni vəzifələrə təyin ediliblər.

Hüseyn Bağırov, Nazim İbrahimov, Aydın Əliyev, Firudin Nəbiyev isə yeni hökumətdə yer almayıblar.

2017-ci ilin dekabrından boş qalan təhsil naziri postuna Ceyhun Bayramov təyin olunub.

Yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyinat alıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb.

AdRiver

XƏBƏR LENTİ