Hadİsə

Yarıda qalan ömür: Ötən ay Bakıda daha çox gənclər intihar edib – STATİSTİKA

Yarıda qalan ömür: Ötən ay Bakıda daha çox gənclər intihar edib – STATİSTİKA
Ötən ay Bakıda 13 intihar hadisəsi, 3 intihara cəhd hadisəsi baş verib
 
Sfera.az ötən ayın intihar statistikasını açıqlayır:

Mayın 4-ündə Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.
Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı intihara cəhd edib. Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həmin gün növbəti intihar hadisəsi isə Bakıda baş verib. 27 yaşlı gənc Binəqədi rayonunun Binəqədi qəsəbəsində 1991-ci il təvəllüdlü Ziya Heydərli yaşadığı evdə intihar edib.

Mayın 5-ində Sumqayıtda restoran müdiri intihar edib. Hadisə Corat qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Baxşəliyev Mahir Əhməd oğlu həyatına son verib.

Mayın 11-də Tovuzun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində intihar edib. Məlumata görə, 3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.
Həmin gün Beyləqan rayonunda da intihar hadisəsi olub. Rayon sakini 1985-ci il təvəllüdlü Ruslan Abdullayev intihar edib.

Mayın 12-sində isə Bakıda 55 yaşlı kişi intihara cəhd edib. 1963-cü il təvəllüdlü Mircəlal Abdullayev xəsarət yetirərək özünü öldürmək istəyib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılaraq əməliyyat olunub. 

Mayın 14-ündə Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib. 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev intihar edib. Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanda aşağı nəticə topladığına görə intihar etdiyi bildirilir.

Mayın 15-ində Masallı rayonunda 20 yaşlı gəlin intihar edib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı intihar edib. Nəzərova Aytən bir uşaq anası idi.

Mayın 17-sində, axşam saatlarında Şamaxı şəhərindəki "Cümə məsçidi”nin yanındakı mənzillərdən birində intihar hadisəsi qeydə alınıb. Kirayədə valideynləri ilə birgə yaşayan Osmanbəyli kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Mayı 21-ində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev intihar edib.

Mayın 22-sində Maştağa qəsəbəsində 1966-cı il təvəllüdlü Nurəddin Novruzov intihar edib.

Mayin 23-ündə Binəqədi rayonunda intihara cəhdin qarşısı alınıb. Binəqədi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Mayın 23-ündə Bərdə rayonunda intihar hadisəsi baş verib. Rayonun Zümürxan kənd sakini, 2000-ci il təvəllüdlü İsayeva Səma Yaşar qızı intihar edib.

Mayın 24-də "Bakı Metropoliteni”ndə intihara cəhd olub.  Gənc oğlan özünü "Həzi-Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Mayın 25-ində Gürcüstanda meyiti tapılan mingəçevirli tələbə təhsil haqqını kazinoda uduzduğu üçün intihar edib. Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi oladuğu bildirilib. Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: 

"Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb”.

N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər.

Mayın 27-sində Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Rayonun Ağalıkənd kəndində 2002-ci il təvəllüdlü yerli sakin Məmmədova Səkinə Nəsimi qızı intihar edib. Məlumata görə, S.Məmmədova nişanlı olub.

Mayın 31-ində Şəkidə 24 yaşlı oğlan intihar edib. Hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədovun sexdə meyiti aşkar edilib.

Nigar Məhərrəm
Sfera.az
AdRiver
loading...

XƏBƏR LENTİ