Cəmİyyət

YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Sfera.az report-a istinadən  xəbər verir ki, tədbirdə deputatlar, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbiri YAP icra katibinin müavini Siyavuş Novruzov açaraq bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət bu gün də layiqincə davam edir: "O, hər zaman Azərbaycan gəncliyinə önəm verib. Öz tarixini bilməyən gənc heç bir nəticə çıxara bilməz”. YAP rəsmisi qeyd edib ki, ümummilli lider barədə bir çox kitablar nəşr olunub: "Bu kitablarda da onun Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Çalışdığı bütün zamanlarda sübut etdi ki, Azərbaycan xalqına xidmət etmək insanın daxilindən gəlməlidir".

S.Novruzov vurğulayıb ki, ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan demokratik respublikanın taleyini yaşayacaqdı: "Bu bəladan ölkəni Heydər Əliyev xilas etdi. Nə qədər yaşayırıqsa, Heydər Əliyev siyasi xətdi də davam edəcək".

YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: "Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir".

M.Qurbanlı vurğulayıb ki, Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahələrdə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".

Anım mərasimində həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, ulu öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031