AKTUAL

"Xalq ulduzu" qadınları videolarla şantaj edib — PUL QAZANIRMIŞ – FOTO

 
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri şantaj edərək pul almaqda təqsirləndirilən, 1990-cı il təvəllüdlü Məmmədov Səfa Şəfa oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sfera.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi  sentyabr ayının 6-na təyin olunub.
 

İttihama görə, Səfa Məmmədov qeyd edilən əməli B.Yusifov və G.Qasımovaya qarşı törədib. İlkin məlumata görə Məmmədov zərərçəkmişləri əlində olan videogörüntülərlə şantaj edərək pul tələb edib.

 


Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səfa Məmmədov müğənni kimi fəaliyyət göstərib. O, daha əvvəl də eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilərək məhkumluq həyatı yaşayıb.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30