Dünya

Vaşinqton Ər-Riyada qarşı sanksiyalar qəbul edə bilər

Vaşinqton Ər-Riyada qarşı sanksiyalar qəbul edə bilər
ABŞ Senatı öldürüldüyü ehtimal olunan səudiyyəli jurnalist Camal Kaşıkçı ilə bağlı Səudiyyə Ərəsbitanına sanksiyalar tətbiq etməklə bağlı qərar verməsi üçün ABŞ prezidenti Donald Trampa müraciət edib.

Sfera.az xəbər verir ki, jurnalistin ehtimal olunan ölümü ilə bağlı Səudiyyə Ərəbistanı hakimiyyətini vaxtilə Rusiyaya qarşı qəbul edilmiş "Qlobal Maqnitski aktı” sanksiya paketi gözləyə bilər.

"Maqnitski aktı” Vaşinqtonun fikrinə görə insan haqlarını pozan şəxslərə qarşı ABŞ Konqresi tərəfindən qəbul olunub.

Qeyd edək ki, "The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olaraq yoxa çıxmışdı.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ