Cəmİyyət

"Vaqif Mustafayev “Space”i məhv edir" - Taleh Yüzbəyov

Aktyor Taleh Yüzbəyov "Youtube”da yayımlanan "Əyrixətt” layihəsinin qonağı olub. 

O, sualları cavablandırarkən rejissor Vaqif Mustafayev haqda da danışıb və onun "Space” TV-dəki fəaliyyətinə toxunub.  

Taleh Yüzbəyov bildirib ki, Vaqif Mustafayevin yeri "Space” deyil:
"Aktyoru səhnədən başqa hər şey məhv edir. Nəinki aktyorları, həmçinin rejissorları da. Məsələn, görürsən ki, böyük rejissordur, kanal rəhbəri olur, oranı məhv edir. Vaqif Mustafayev mənim üçün Azərbaycan rejissorları arasında pikdir, zirvədə olan insandır. "Space” kanalında isə Vaqif müəllim bir o qədər də xidmət göstərə bilmir. Mənim onun haqda danışmağım bir az pis çıxır. "Space” kanalı hazırda ən yaxşı kanallarımızdan deyil. Bu da Vaqif Mustafayevin idarəçilik dövrünə düşür. Aktyorun, rejissorun yeri kabinet deyil. Sən yaradıcı insansansa, öz işinlə məşğul olsan daha faydalı olar. Bəlkə də insanları məhv etmək üçün onlara vəzifə vermək lazımdır”.
Sözügedən kadrlara videonun 10:40-cı dəqiqəsindən etibarən baxmaq olar:

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031