Uşaqlı miqrantlar yeraltı yolla ABŞ-a keçdilər

Uşaqlı miqrantlar yeraltı yolla ABŞ-a keçdilər
ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.

"Report” xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Xidməti bildirib.

Telekanal hadisənin yanvarın 14-də baş verdiyini, miqrantlar arasında 179 uşaq olduğunu diqqətə çatdırıb:

"Rekord sayda bir qrup 3,6 metr hündürlükdəki metal divar altından yarımmetr enində lağım qazıb Arizona ştatı Yuma şəhəri yaxınlığında ABŞ ərazisinə keçib və dərhal da sərhədçilərimizə təslim olublar”.

Gömrük və Sərhəd Xidməti nümayəndələri bildiriblər ki, son vaxtlar ABŞ – Meksika sərhədinin uşaqlı miqrantların qanunsuz keçməsi getdikcə daha geniş vüsət alır. Onların böyük əksəriyyəti ABŞ-da sığınacaq almaq ümidi ilə ən qısa vaxtda sərhədçilərə təslim olurlar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...