İdman

UEFA-nın üçüncü klub turnirinin adı müəyyənləşdi

UEFA-nın üçüncü klub turnirinin adı müəyyənləşdi
 

UEFA 2021/22 mövsümündə təşkil etmək istədiyi yeni turnirin adını müəyyənləşdirib.

 

Sfera.az bildirir ki,  qurum yeni klub turnirinə Konfrans Liqası adını verib.

 

Konfrans Liqası Çempionlar Liqası və Avropa Liqasından sonra reytinqinə görə, üçüncü Avropa Kuboku turniri olacaq.

 

Yarışın formatı isə hələ müzakirə edilir. Turnirin qrup mərhələsində 32 komandanın 8 qrupa bölünməsi nəzərdə tutulub. Qrup liderləri 1/8 finala vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə 1/8 finala yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü pilləni tutan komanda ilə qarşılaşacaq.

 

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930