Cəmİyyət

Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA

Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir.

Sfera.az xəbər verir ki, sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli Oxu.Az-a açıqlamasında xəbəri təkzib edib: "Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır".

Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30