“Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradılacaq” - Ərdoğan
19:40 / 09.08.2016
2186
"Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradılacaq”.
Publika.az bildirir ki, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O, görüşdə bu məsələnin müzakirə olunduğunu bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Rusiya ilə üçtərəfli formatın yaradılması mexanizminə müsbət baxır.