Dünya

Trampın Moskva ilə əməkdaşlıqda ittiham olunan adamı istintaqla işləməyə razılıq verdi

Trampın Moskva ilə əməkdaşlıqda ittiham olunan adamı istintaqla işləməyə razılıq verdi
Donald Tramp seçki kampaniyasının sabiq başçısı Pol Manfort istintaqla əməkdaşlıq etmək üçün ilkin razılıq verib.

Sfera.az xəbər verir ki, bu barədə ABC News telekanalına məlumatlı mənbə bildirib. Lakin Manfortin ittiham tərəfindən əməkdaşlığa razı olduğu, yoxsa məhkəmə prosesində iştirakdan boyun qaçırmaq üçün günahını etiraf etməyə razılıq verdiyi məlum deyil.

Manafortun istintaqla əməkdaşlıq barədə bu gün məhkəmədə rəsmi bəyanat verməsi gözlənilir. Vəkili Kevin Dauninq və xüsusi prokuror Müllerin mətbuat katibi Piter Karr telekanalın xəbərini şərh etməkdən imtina edib. 

Qeyd edək ki, Trampın seçki qərargahının sabiq sədri "çirkli pullar”ın yuyulması, ABŞ hakim dairələrinin aldadılması, xarici agentlərin qeydiyyatı və şahidlərin satın alınması ilə bağlı qanunları pozmaqda ittiham olunur.

Manafort üzərində məhkəmə Moskva və ABŞ prezidenti Donald Trampın seçki qərargahı arasında ehtimal olunan anlaşma ilə bağlı ilk məhkəmə prosesi olacaq. 
 
Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ