Texnologİya

"Toyota" 2 milyondan çox avtomobili geri çağırdı

"Toyota" şirkəti Yaponiyada və ABŞ-da 2 milyondan çox avtomobili geri çağırıb.
 
Geri çağırılma avtomobillərdə hibrid rejiminə keçid zamanı təhlükəsiz idarəetmə sisteminin işə düşməməsi ilə əlaqədardır.
Bu problemlə əlaqədar avtomobillər qəfil dayana bilər.

Geri çağırılma 2009-cu ildən 2014-cü ilədək satılmış "Prius" və "Prius Alfa" avtomobillərinə şamil edilib.

Qeyd olunur ki, 1,25 milyon avtomobil Yaponiyada, daha 807 min avtomobil ABŞ-da geri çağırılıb./Trend
 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031