Təyyarədə sərxoş vəziyyətdə dava salan azərbaycanlı deyilmiş: ERMƏNİ ÇIXDI

Təyyarədə sərxoş vəziyyətdə dava salan azərbaycanlı deyilmiş: ERMƏNİ ÇIXDI

Ötən gün martın 11-də Rusiyada Orenburq-Moskva reysi ilə uçan sərxoş sərnişinin təyyarədə dava salması və həbs olunmasından sonra bir çox mətbuat orqanları həmin şəxsin azərbaycanlı olması haqda məlumatlar yayıb. Əməkdaşlarımızın media üzərindən apardığı araşdırma nəticəsində həmin şəxsin iddia edildiyi kimi həmvətənimiz olmadığını aşkarlayıb.


Sfera.az-ın məlumatına görə bu barədə "Sputnik” informasiya agentiyinin erməni bürosu məlumat yayıb. Adıçəkilən saytın yazdığına görə, Rusiyada Orenburq-Moskva təyyarə reysiylə uçan və təyyarədə qalmaqal yaradan 37 yaşlı Ermənistan əsilli şəxsdir.

 

Sfera.az bildirir ki, insident haqda Rusiya DİN-in sözçüsü İrina Volk da məlumat yayıb. Onun bildirdiyinə görə, saat 20.30 radələrində hava gəmisinin kapitanı nəqliyyat polisi şöbəsinə təcili polis naryadının tələb edildiyi barədə məlumat göndərib. Nəqliyyat polisi operativ şəkildə hadisə yerinə-Orenburq aeroportuna gedib. Məlum olub ki, 37 yaşlı sərnişin təyyarəyə oturduqdan sonra özünü qeyri-adekvat aparıb.

 

Kobud ifadələr və söyüşlər işlədən sərxoş sərnişin hadisə yerinə gələn polis nəfərlərinin səyi nəticəsində neytrallaşdırılıb. Onun barəsində "hakimiyyət orqanının nümayəndəsini təhqir etmə” maddəsi üzrə cinayət işinin qaldırılması üçün materiallar toplandığı bildirilir.

 

Orxan

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...