Tərlan Eyvazov:”Rusiya Ermənistanı buna görə sıxır”

Tərlan Eyvazov:”Rusiya Ermənistanı buna görə sıxır”
 

Xəbər verdiyimiz kimi Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırmaq fikrindədi. Bu barədə Rusiyanın "Qazprom” şirkəti açıqlama verib.
 
Ermənistan hakimiyyəti əvvəl bunu inkar etsə də, yerli mətbuatın məsələni geniş işıqlandırmasından sonra etiraf etməyə məcbur olub. Qazın qiymətini razılaşdımaq üçün Ermənistnın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabrın 27-də  Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Rəsmi açıqlamada qaz məsələsinin müzakirə ediləcəyi qeyd olunsa da əslində başqa məsələlərin də müzakirə olunacağı gözlənilir. Onlardn biri də Gümrüdə yerləşən 102 saylı Rusiya hərbi hissəsinin gələcək taleyidir. 
 
 
Hərbi ekspert Tərlan Eyvazov Sfera.az-a bu səfərlə bağlı fikirlərini bölüşüb.
 
 

Onun sözlərinə görə Rusiya son zamanlar ipə-sapa yatmayan Ermənistanı ram etmək fikrindədi. "Hamıya bəlidir ki, Rusiya qazdan siyasi məqsədlər üçün istifadə edir. Bunu Ukrayna nümunəsindən gördük. Ermənistan Rusiyanın təsirindən uzaqlaşıb Qərbə üz tutmaq niyyətini açıq şəkildə ifadə etdikdən sonra,  Rusiya ona bölgəyə kimin nəzarət etdiyini göstərmək istəyir. Ermənistanın alternativ kimi İran qazına üz tuta bilməyəcək. Çünki İrandan gələn boru kəmərinin həcmi kiçikdir və başqa riskləri də var. Gümrüdəki hərbi hissənin taleyi məsələsinə gəldikdə isə bunun Ermənistanın Türkyə ilə münasibətlər çərçivəsində müzakirə edilə biləcək." bunu qeyd edən Tərlan Eyvazov regionda prnsiplərin dəyişdiyini də bildirib.
 
"Türkiyə ilə Rusiyanın münasibətləri hal-hazırda olduqca yaxşıdır. Qərblə ziddiyyət  şəraitində olan Türkiyə Rusiya üçün münasib tərəfdaş vəziyyətindədir”. 
 
Hərbi ekspert bildirib ki, Türkiyəyə qarşı ərazi iddiası olan, ərazi bütövlüyünü tanımayan Ermənistanla Türkiyənin sərhədləri SSRİ zamanı müəyyən olunmuş sərhədlərdir. Rusiya hərbçilərinin Türkiyə Ermənistan arsında dayanmaları məhz bu səbəbdən izah olunur. Bundan əlavə Ermənistanın Qərbə daha da yaxınlaşmaması üçün Rusiya hərbi hissəsinin orada olması vacibdir. Rəsmi Mockva qoşunlarını oradan çıxarılmasına heç bir vəchlə razı olmaz. Əlindəki bütün resursları işə salıb Ermənistana təzyiq edəcək.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...