Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10

Ötən il dünyanın ən ziyarət olunan məkanları – TOP 10

Ötən il dünyanın ən çox ziyarət olunan məkanları müəyyən edilib.

"Trip Advisor”un məlumatına əsasən, siyahı bu yerləri ziyarət etmək üçün bron edilən biletlər haqqında məlumatların təhlili nəticəsində tərtib olunub.

1. Kolizey, Roma, İtaliya

 

Ardıcıl olaraq ikinci ildir ki, siyahının lideri Romada yerləşən Kolizeydir. İtaliyanın paytaxtına səfər edən turistlər mütləq qladiator meydanına baş çəkirlər.

2. Luvr, Paris, Fransa

Siyahının ikinci pilləsində Luvr qərarlaşıb. Parisin bu muzeyində Leonardo da Vinçinin "Mona Liza”sı və müxtəlif dövrlərə aid  digər məşhur şəkil və əşyalar nümayiş olunur.

3.Vatikan Muzeyləri

Vatikan Muzeyləri reytinqin üçüncü pilləsindədir. Roma papaları tərəfindən yaradılan bu muzey kompleksində  intibah dövrünün əsərləri də daxil olmaqla, klassik ustaların əl işləri də təqdim olunur.

4. "Azadlıq Heykəli”, Nyu-York, ABŞ


Siyahıda dördüncü yeri Nyu-Yorkda yerləşən "Azadlıq Heykəli” tutur.

Neoklassik üslubda yaradılan bu heykəl Yuxarı Nyu-York limanındakı Azadlıq adasında yerləşir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilib.

ABŞ-ın milli abidəsidir. 1984-cü ildən YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxildir.

5. Eyfel qülləsi, Paris, Fransa

Beşliyi Eyfel qülləsi tamamlayır. 1889-cu ildə inşa edilən qüllə sonradan Fransanın simvoluna çevrilib. O, əvvəlcə Parisdə keçirilən Beynəlxalq sərgidə giriş tağı olan müvəqqəti qurğu kimi nəzərdə tutulurdu.

Qüllə baş memar Qüstav Eyfelin şərəfinə adlandırılıb. Memarın özü isə ona sadəcə "300 metrlik qüllə” deyirdi.

6. Müqəddəs Ailə kilsəsi, Barselona, İspaniya

Dünyanın ən uzun müddətə inşa edilən tikililərindən biridir.  Məbədin inşasına 1882-ci ildə isə başlansa da, tikinti indiyə qədər davam edir. Layihənin müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası uzanır.

Tikintinin başa çatmasını, həmçinin daş bloklarının hazırlanmasının mürəkkəbliyi ləngidir.

7. Fransız məhəlləsi, Yeni Orlean, ABŞ

Fransız məhəlləsi Luiziananın avropalılar tərəfindən məskunlaşdırılmasında ən vacib tarixi yerlərdən biridir. O, 1965-ci il dekabrın 21-də Milli tarixi abidə elan edilib, 1966-cı ilin oktyabrın 15-də isə ABŞ-ın tarixi məkanlarının Milli reyestrinə daxil edilib.

Əsas görməli yerləri Burbon-strit, Kanal-strit, Cekson meydanı, Müqəddəs Lüdovik Kilsəsidir.

8. Anna Frankın Evi, Amsterdam, Niderland

Anna Frankın Ev-Muzeyi Amsterdamda Prinsenqrahtın sahilində yerləşir.  Bu evin arxa otaqlarından birində 1942-1944-cü illərdə yəhudi qız Anna Frank ailəsi ilə birlikdə  nasistlərdən gizlənib.  Otağın girişi üçün  sirli qapı-"kitab şkafı” tikilmişdi. Anna Frank burada özünün "Sığınacaq” adlı gündəliyini yazıb.

1944-cü il avqustun 3-də Frank ailəsinin yeri aşkar olunub. Çox güman kimsə satqınlıq etmişdi. Ailə həbs edilərək ölüm düşərgəsinə göndərilmişdi.

9. ABŞ-ın Çikaqo şəhərində "Willis Tower”in qərb hissəsində yerləşən  "Skydeck Chicago” baxış meydançası

ABŞ-ın ən hündür göydələni "Willis Tower”in  "Skydeck Chicago” baxış meydançası 103-cü mərtəbədə, yerdən 412 m qəlbilikdədir.

10. San-Mark meydanı, Venesiya, İtaliya

İtaliyanın Venesiya şəhərinin əsas meydanıdır. O, Pyasetta (Qrand-kanaldan Müqəddəs Mark kafedralının zəng qülləsinə qədər olan meydança) və Pyassa (meydanlar) olmaqla iki hissədən ibarətdir.

Meydan IX əsrdə Müqəddəs Mark kilsəsinin qarşısında kiçik bir ərazidə yaradılıb. O, 1177-ci ildə Fridrix Barbarosanın Papa III Aleksandr ilə görüşü şərəfinə indiki ölçülərinə qədər genişləndirilmişdi. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...