Telefonunun batareyası bitən qız cərimələnib

Telefonunun batareyası bitən qız cərimələnib

İngiltərənin paytaxtı Londonda avtobus sərnişini gediş haqqını ödədiyini sübut edə bilmədiyi üçün cəzalandırılıb.

Sfera.az bildirir ki, "The Mirror"un məlumatına görə, o, "Apple Pay" sistemindən istifadə edib, amma gözlənilməz problem yaşanıb. Bloger Jemima Kelli mobil telefonunda olan sistemlə onun batareyası bitmədən bir neçə saniyə əvvəl şəhər avtobusuna ödəniş edib. Beş dəqiqədən sonra konduktor ona yaxınlaşdıqda gənc qız ödəniş qəbzini göstərə bilməyib.

Baş verən hadisə gənc qızın yadından çıxsa da, iki ay sonra London Nəqliyyat Korporasiyasından ona məktub göndərilib. Məktubda günahını etiraf etmək və ya təkzib vermək üçün son 21 gününün qaldığı bildirilib. Kelli hesabından bilet üçün vəsait çıxılmasını təsdiqləyən bank qəbzi göndərsə də, Nəqliyyat Korporasiyasının vəkilləri bunu sübut olaraq qəbul etməyib.

Nəticədə məhkəmənin qərarı ilə ingilis qadına 476,5 funt (1000 manat) cərimə tətbiq edilib. Qızın zərəri bununla da bitməyib. Vaxtında ödənilməmiş cəriməsi olduğundan ABŞ səfirliyi ona viza verməkdən imtina edib. Nəticədə bloger əvvəlcədən ABŞ-a 1000 funta (2000 manat) aldığı təyyarə biletinə görə də əlavə itki yaşayıb. (ölkə.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...