Hadİsə

Telefonu uşağın yanında enerjiyə qoşan valideynin məsuliyyətsizliyinin acı nəticəsi - FOTO

Telefonu uşağın yanında enerjiyə qoşan valideynin məsuliyyətsizliyinin acı nəticəsi - FOTO
Altı aylıq uşaq elektrik yuvasına taxılan şarj cihazını çeynəyəndən sonra onu elektrik cərəyanı vurub. Hadisə Braziliyada baş verib.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Yuxudan duran uşaq döşəyinin yanında enerjiyə qoşulan telefonla oynamağa başlayıb. Heç nə anlamayan körpə naqili ağzına alıb. Uşağı güclü elektrik cərəyanı vurub.

Qohumları uşağı huşsuz vəziyyətdə və əllərində, ayaqlarında yanıq xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlər xeyli səy göstərdikdən sonra onun həyatını xilas edə biliblər.

Hazırda uşağın vəziyyəti düzəlməyə doğru gedir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930