Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ
 

Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştirak etməyə çağırıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif "Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir:

"Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri azaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

 Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...